II Liqada çıxış edən "Qaradağ Lökbatan" baş məşqçi axtarışındadır. Sport24.az-ın əldə etdiyi məlumata görə, klub rəhbərliyi bu vəzifə üçün Amit Quluzadə ilə danışıqlar aparır.

Hətta onun komandaya gətirilməsi ciddi şəkildə müzakirə olunur.

Quluzadə daha əvvəl də "Qaradağ Lökbatan"da çalışıb. Lakin həmin dövrdə komanda nə nəticə, nə də oyun baxımından gözləntiləri doğrulda bilmişdi. Sonrakı məşqçilik karyerası da uğurlu alınmayıb və rəhbərlik etdiyi komandaların heç birində ciddi nəticə ilə yadda qalmayıb.

Əgər "Qaradağ Lökbatan"ın məqsədi doğrudan da iddialı komanda qurmaq və I Liqaya qayıtmaqdırsa, bu seçim ciddi suallar doğurur. Eyni uğursuz təcrübənin yenidən təkrarlanması klubun qarşısına qoyduğu hədəflərlə uzlaşmır və belə bir təyinat riskli qərar kimi görünür.