Kişi basketbolçulardan ibarət Azərbaycan millisi bu gün "EuroBasket-2029"-un ilkin seçmə mərhələsində bu gün sonuncu oyununu keçirəcək. Sport24.az xəbər verir ki, A qrupunda yerv alan yığmamız altıncı turunda İrlandiya ilə üz-üzə gələcək.
Bakı İdman Sarayında keçiriləcək görüşün start fiti saat 17:00-da səslənəcək.
Qeyd edək ki, Azərbaycan millisi A qrupunda 7 xalla üçüncü pillədə qərarlaşıb. Şimali Makedoniya 10 xalla liderdir. Lüksemburq 7 xalla ikinci, İrlandiya isə 6 xalla dördüncü sıradadır.