İngiltərə millisinin baş məşqçisi Tomas Tuxel, komandanın oyunçularının 1/8 finalda üz-üzə gələcəkləri Meksika ilə matçdan əvvəl "Estadio Azteca" stadionunda hava şəraitinə uyğunlaşmaq üçün Viagradan istifadə edə biləcəkləri ilə bağlı xəbərlərə münasibət bildirib. Sport24.az xəbər verir ki, alman mütəxəssis bu barədə qarşılaşmadan öncə təşkil olunan mətbuat konfransında açıqlama verib:

 

 "Bunu sübut edən heç bir məlumat yoxdu. Ona görə də yayılan söz-söhbətlər həqiqəti əks etdirmir".

 

2006-cı ildə aparılan bir araşdırmaya görə, Viagra qan dövranına müsbət təsir göstərir. Bunu yüksək hündürlükdə təlim keçmiş velosipedçilərdə ürək-damar və fiziki göstəricilərini əhəmiyyətli dərəcədə yaxşılaşdırması sübut edib.

 

Qeyd edək ki, matçın keçiriləcəyi "Estadio Azteca" stadionu dəniz səviyyəsindən təxminən 2200 metr yüksəklikdə yerləşir. Meksika - İngiltərə matçı iyulun 6-na keçən gecə baş tutacaq.