"Başakşehir" "Roma"dan icarəyə götürdüyü Eldor Şomurodovun transfer hüquqlarına yiyələnib. Sport24.az xəbər verir ki, bu barədə Türkiyə klubunun mətbuat xidməti məlumat yayıb.
İstanbul klubu özbəkistanlı hücumçu üçün 2,8 milyon avroluq satınalma bəndini işə salıb. 30 yaşlı forvardla 2028-ci ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalanıb.
Qeyd edək ki, "Başakşehir" Eldor Şomurodovu 2025-ci ilin yayında icarəyə götürmüşdü. Özbəkistan millisinin üzvü Super Liqa təmsilçisinin heyətində meydana çıxdığı 44 rəsmi matçda 23 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.