"Kristal Pelas"dan ayrılan Oliver Qlasnerin yeni iş yeri məlum olub. Sport24.az xəbər verir ki, mütəxəssis "Nottingem Forest"ə rəhbərlik edəcək.
Bu barədə insayder Fabrizio Romano məlumat yayıb. Premyer Liqa klubu Qlasnerlə 3 illik müqavilə imzalayacaq.
Oliver ötən mövsüm "Kristal Pelas"la Konfrans Liqasının qalibi olub.