"Çelsi"nin müdafiəçisi Trevo Çaloba "İnter"lə şəxsi müqaviləsi ilə bağlı ortaq məxrəcə gəlib. Sport24.az insayder Nikolo Skiraya istinadən xəbər verir ki, futbolçu İtaliya klubu ilə müddəti 2031-ci ilə qədər nəzərdə tutulan müqavilə imzalayıb.

 

Mənbənin sözlərinə görə, "nerazzurri" hazırda Çaloba üçün 35 milyon avro istəyən "Çelsi" ilə danışıqları yekunlaşdırmaq üzrədir.

 

Bir müddət əvvəl mətbuatda İtaliya təmsilçisi "Komo"nun da müdafiəçiyə "elçi" düşdüyü barədə xəbərlər yayılmışdı.

 

Qeyd edək ki, Çaloba ötən mövsüm "Çelsi"nin heyətində bütün turnirlərdə 47 oyun keçirib və 3 qol vurub.