Braziliya millisinin baş məşqçisi Karlo Ançelotti Neymarın əsas heyətdə meydana çıxmağa hazır olduğunu bildirib. Sport24.az xəbər verir ki, italiyalı mütəxəssis bu barədə "Globo Esporte"-yə açıqlama verib:

 

"Bəli, Neymar 90 dəqiqə oynaya bilər. O, taleyi ilə barışıb ehtiyatda qalmaq istəmir. Çox peşəkardır və çox yaxşı məşq edir. Neymar komanda tərəfindən hörmətlə qarşılanır və sevilir. O, milli komanda üçün vacibdir, çünki bacarıqlıdır, eyni zamanda təvazökardır. Mən ondan çox məmnunam. Əlbəttə ki, o, həmişə olduğu kimi oynamaq istəyir".

 

Qeyd edək ki, Braziliya millisi DÇ-2026-nın 1/8 final mərhələsində Norveçlə qarşılaşacaq. Matç iyulun 5-də Nyu-Yorkda baş tutacaq.