"İmişli"nin yeni baş məşqçisi Fərid Namazovun məşqçilər korpusunda yer alacaq iki mütəxəssis müəyyənləşib. Sport24.az-ın əldə etdiyi məlumata görə, komandanın qapıçılar üzrə məşqçisi Elşad Tahirov olacaq. Fitness məşqçisi vəzifəsini isə Elmir Cəbrayılov yerinə yetirəcək.
Xatırladaq ki, "İmişli" Fərid Namazovla 1 illik müqavilə imzalayıb. Komandanı 2025/2026 mövsümündə Jorj Kaşkilya çalışdırıb.