Futbol üzrə dünya çempionatında 1/16 final mərhələsi yekunlaşdı. Sport24.az xəbər verir ki, bu raunddun son qarşılaşmasında Kolumbiya millisi Qana ilə qarşılaşıb.
Kanzas şəhərində baş tutan görüş Cənubi Amerika təmsilçisinin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Kolumbiyanın heyətində Con Arias 14-cü dəqiqədə adını tabloya yazdırıb.
Qeyd edək ki, Kolumbiyanın 1/8 finalda rəqibi İsveçrə yığması olacaq.
DÇ-2026
1/16 final mərhələsi
Kolumbiya - Qana 1:0 (1:0)
Qol: Con Arias, 14.