"Liverpul"un keçmiş baş məşqçisi Yurgen Klopp Almaniya Futbol Assosiasiyası (DFB) ilə milli komandanın baş məşqçisi təyinatı ilə bağlı danışıqlar apardığını təsdiqləyib. Sport24.az xəbər verir ki, mütəxəssis bu barədə "Magenta TV"-yə danışıb:
"Hər şey olduqca tez baş verdi. Yulian istefa verdi. DFB yeni baş məşqçi axtarır və mənimlə danışıqlar aparır. Amma qarşıda gərgin müzakirələr var, çünki üzləşdiyimiz problemlər yalnız Yulian Naqelsmanla bağlı deyil. O, güclü məşqçidir və bunu dəfələrlə sübut edib. Buna görə də sadəcə danışıqların necə inkişaf edəcəyini gözləməliyik".
Klopp həmçinin qeyd edib ki, qlobal futbol rəhbəri vəzifəsində çalışdığı "Red Bull" rəhbərliyi ilə mümkün transferi müzakirə etməlidir:
"Mən həmçinin işəgötürənim Oliver Mintzlaffla danışmalıyam. Bilirəm ki, Alman futbolu onun üçün çox şey ifadə edir və buna görə də o, bu danışıqlara çox açıqdır".
Qeyd edək ki, Almaniyanın DÇ-2026-da uğursuz çıxışından sonra Yulian Naqelsmanın baş məşqçi postundan ayrılıb.