2026/27 mövsümünün transfer çalışmalarını davam etdirən "Qarabağ" növbəti futbolçu keçidini gerçəkləşdirib. Sport24.az xəbər verir ki, Macarıstanın ZTE klubu ilə danışıqlar uğurla yekunlaşıb və Bense Varkonyi kluba transfer olunub.

 

Macarıstanlı mərkəz müdafiəçisi ilə 3 illik müqavilə imzalanıb. 24 yaşlı futbolçu 2029-cu ilin yayına qədər komandanın formasını geyinəcək.

 

MTK klubunun yetirməsi olan Bense karyerası ərzində bu klubun əsas komandası, həmçinin "Kozarmisleni"də də çıxış edib. O, Macarıstanın U-21 komandasında forma geyinib.

 

Qeyd edək ki, Bense Varkonyi yay transfer pəncərəsində Komandanın altıncı transferidir. Daha əvvəl Jali Muaddib, Zakaria Savo, Samuel Lobato, Bruno Lanqa, Martin Zlomisliç və Renaldo Sefas "Qarabağ"a qoşulub.