2026-cı il dünya çempionatında daha bir rekord qırılıb. Sport24.az xəbər verir ki, bu Avstraliya - Misir oyununda yaşanıb. 

 

Bu komandalar arasında baş tutan görüşdə misirli Məhəmməd Hani avtoqolla yadda qalıb. Bu isə DÇ-2026-da 13-cü avtoqol olub ki, bu da dünya çempionatları tarixində rekord göstəricidir. Əvvəlki rekord Rusiyada keçirilən DÇ-2018-də qeydə alınmışdı. 8 il öncə təşkil olunan mundualda futbolçular 12 dəfə topu öz qapısna göndərmişdi.

 

Qeyd edək ki, ABŞ, Kanada, Meksikada təşkil olunan mundial iyulun 19-da başa çatacaq.