"Barselona" forvardı Ferran Torresi başqa komandaya buraxmaq niyyətində deyil. Sport24.az xəbər verir ki, Kataloniya təmilçisi 26 yaşlı futbolçunun müqavilə müddətini artırmaq istəyir.
Hazırda İspaniya millisinin heyətində dünya çempionatında çıxış edən Torres üçün yeni şərtlərlə müqavilə hazırlayıb.
Mundialdan sonra isə Ferranın müqavilə müddəti daha 2 il artırıla bilər. Hazırda onun "Barselona" ilə müqavilə müddəti 2027-ci il iyunun 30-na qədərdir. "Valensiya"nın yetirməsi olan Torres bu komandadan savayı "Mançester Siti"də də oynayıb.