Braziliya millisinin vingeri Rafinya 2026-cı il dünya çempionatının 1/8 finalında Norveçə qarşı keçiriləcək oyunda iştirak etməyəcək. Sport24.az xəbər verir ki, bu barədə "Globo" məlumat yayıb.
Yarımmüdafiəçi Haiti ilə görüşdə aldığı əzələ zədəsindən hələ tam sağalmayıb. Rafinya hələ də komanda ilə ümumi məşqlərə qoşulmayıb.
Braziliya millisinin tibbi heyəti futbolçunun sağlamlığını riskə atmaq istəmədiyi üçün onun meydana qayıdışını tələsdirməmək qərarına gəlib.
Qeyd edək ki, Braziliya millisi 1/16 finalda Yaponiyanı 2:1 hesabı ilə məğlub edərək 1/8 finala yüksəlib. Komanda növbəti mərhələdə Norveçlə qarşılaşacaq.