İtaliyanın "Yuventus" klubu PSJ-nin (Fransa) futbolçusu Randal Kolo Muaninin keçidini razılaşdırıb. Sport24.az xəbər verir ki, fransalı hücumçu ilə 5 illik müqavilə bağlanacaq.
"Yuventus"un oyunçunu satınalma öhdəliyi ilə 1 mövsümlük icarəyə götürəcəyi bildirilir. Keçidin ümumi dəyəri təxminən 30 milyon avro təşkil edəcək. 27 yaşlı futbolçunun iyulun ortalarında Turin təmsilçisinin təlim-məşq toplanışına qoşulacağı gözlənilir.
Qeyd edək ki, Randal Kolo Muani 2024/2025 mövsümündə icarə əsasında "Yuventus"da çıxış edib. O, 2025/2026 mövsümünü isə "Tottenhem"də keçirib və 41 oyunda 5 qol vurub, 4 məhsuldar ötürmə müəllifi olub.