"Dünya çempionatındakı favoritim Fransa yığmasıdır". Bu sözləri Sport24.az-a açıqlamasında hazırda "Hatayspor"un "sükanı arxasında" olan  Bekir İrtegün deyib.


"Fənərbaxça"nın sabiq futbolçusu Fransanın digər millilərlə müqayisədə daha yaxşı təsir bağışladığını bildirib:

"Ronaldoya çox hörmət edirəm. Onun hər şeyi olsa belə, yenə mübarizədən əl çəkmir, sonadək döyüşür. Həm meydanda, həm də meydandan kənar davranışları ilə hər kəsə örnəkdir. Onunla aşağı yaş milli komandalarda üz-üzə oynamışıq. Böyük oyunçudur. Əlbəttə ki, o da dünya çempiuonu olmağı çox istəyir. Ancaq bu günə qədər izlədiyim oyunlara görə, mənə elə gəlir ki, Fransa hamıdan bir addım öndədir".


Qeyd edək ki, dünya çempionatına iyulun 19-da yekun vurulacaq.