UFC-nin keçmiş çempionu Həbib Nurməhəmmədov DÇ-2026-nın pley-off mərhələsinin Portuqaliya – Xorvatiya oyunu ilə bağlı fikirlərini bölüşüb. Sport24.az xəbər verir ki, Həbib teleqram kanalında 2:1 hesabıyla başa çatan matçı belə şərh edib:
"Portuqaliya itkisiz irəliləyir. Şübhəsiz ki, xorvatlara qarşı oynamaq hər komanda üçün çətindir. Məncə, Xorvatiyanın təmiz qolu sayılmadı. Son dəqiqədə vurduqları qol qaydalar çərçivəsində idi. Buna baxmayaraq, ümumi oyunda portuqallar daha yaxşı oynadı və onlar layiqli şəkildə növbəti mərhələyə yüksəldilər.
Bizi qarşıda mundialın indiyə qədərki ən yaxşı oyunu gözləyir – İspaniya – Portuqaliya 1/8 finalı".