"Qarabağ"ın sabiq futbolçusu Kvabena Ovusu karyerasını yenidən Azərbaycanda davam etdirə bilər. Bu barədə Sport24.az-a adının açıqlanmasını istəməyən futbol agenti məlumat verib.

 

Mənbənin sözlərinə görə, hazırda azad agent statusunda olan 28 yaşlı vinger menecerlər vasitəsilə Misli Premyer Liqası klublarına təklif olunub.

 

Tərəflərdən biri ilə razılıq əldə ediləcəyi təqdirdə, qanalı futbolçu yenidən Azərbaycan çempionatında çıxış edəcək.

 

Qeyd edək ki, Kvabena Ovusu 2020-2023-cü illərdə "Qarabağ"ın formasını geyinib. Son olaraq Türkiyənin "Sakaryaspor" klubunda çıxış edən futbolçunun müqaviləsinin müddəti iyulun 1-də başa çatıb və hazırda sərbəst agentdir.