"Qarabağ" heyətini yeni futbolçu ilə gücləndirib. Sport24.az xəbər verir ki, Ağdam təmsilçisi Macarıstanın "Zalaeqerseq" klubundan transfer olunan müdafiəçi Bençe Varkonyini rəsmən təqdim edib.

 

24 yaşlı mərkəz müdafiəçisi ilə bağlı paylaşım klubun rəsmi sosial şəbəkə hesablarında "Xoş gəldin, Bençe Varkonyi" sözləri ilə edilib.

 

Macarıstan mətbuatının xəbərinə görə, Varkonyinin transferi üçün "Qarabağ"ın "Zalaeqerseq"ə 1 milyon avro təzminat ödəyəcək.

 

Xatırladaq ki, "Qarabağ" bu yay Zakaria Savo (son klubu - "Aris" Kipr), Jali Muaddib ("Omoniya" Aradippou Kipr), Samuel Lobato ("Portimonense", Portuqaliya), Bruno Lanqa ("Almeriya", İspaniya), Martin Zlomisliç ("Riyeka", Xorvatiya), Renaldo Sefas ("Pari Nijni Novqorod", Rusiya) da heyətinə qatıb.