"Bavariya"nın keçmiş hücumçusu Tomas Müller Almaniya millisinin DÇ-2026-da uğursuz çıxışını şərh edərək Almaniya Futbol Assosiasiyasını (DFB) müvafiq nəticələr çıxarmağa çağırıb. Sport24.az xəbər verir ki, millinin sabiq üzvü bununla bağlı sosial şəbəkə hesabında paylaşım edib:

 

"Ötən bazar ertəsi günü bir çox alman kimi, mən də şokda idim. Uzaqdan baxanda ilk nəticəm budur: istəyirik, amma bacarmırıq. Hamımız dünya elitasının bizdən uzaqlaşdığını ciddi şəkildə dərk edirikmi?

Oyunçu inkişafı və oyun tərzi baxımından digər ölkələrdən nə öyrənə bilərik? Almaniya millisinin hansı oyun tərzi ilə tanınmasını istəyirik və hansı oyunçuları inkişaf etdirməliyik. Bu mümkündürmü?

 

Almaniya Futbol Assosiasiyasının (DFB) vaxtında işə başlamılıdır. Ardıcıl beş məyusedici turnirdən sonra Almaniya futbolunun yeni ideyalara və daha dərin düşüncəyə əsaslanan aydın bir vizyona ehtiyacı var. Gələcəkdə daha müasir yanaşmaya, inkişafa ehtiyac duyulur".

 

Qeyd edək ki, Almaniya millisi 1/16 final mərhələsində Paraqvaya məğlub olaraq dünya çempionatı ilə vidalaşıb.