"Mançester Yunayted"in hücumçusu, ötən mövsüm "Barselona"da icarə əsasında oynamış Markus Reşford gələcəyi barədə danışıb. Sport24.az xəbər verir ki, futbolçu bu barədə "Sky Sports"-a açıqlama verib:
"Mən indiki anla yaşayıram. Dünya çempionatından əvvəl hər kəsə bunu (gələcəyim qərarlaşdırılıb - red.) söyləmişəm. Bu anan köklənmək istəyirəm. Qeyri-adi bir şey uğrunda mübarizə aparırıq. O qədər enerjim yoxdu ki, fikrimi başqa işlərə yönəldim".
Qeyd edək ki, Reşfordun formasını geyindiyi İngiltərə millisi dünya çempionatının 1/8 final mərhələsində Meksika ilə qarşılaşacaq. r