Futbol üzrə dünya çempionatının 1/8 final mərhələsi çərçivəsində baş tutan Paraqvay - Fransa matçının (0:1) hakimlər briqadası ən aşağı qiymətə layiq görülüblər. Sport24.az xəbər verir ki, oyunda ədaləti Özbəkistandan olan İlgiz Tantaşev qoruyub.
Fransanın "L'Equipe" qəzeti hakimin idarəçiyini on ballıq şkala ilə bir qiyməti verib ki, bu da dünya çempionatları tarixində hakim üçün ən aşağı qiymətdir.
Mənbənin sözlərinə görə, özbəkistanlı referi boyu ciddi qayda pozuntularına yol verən və fransızları insidentə təhrik edən paraqvaylı oyunçulara bir dənə də olsun vərəqə göstərməyib. Ümumilikdə, paraqvaylılar 13 dəfə qayda pozuntusuna yol versələr də, fransızların 3 futbolçusu qarşısında sarı vərəqə görüb.
Qeyd edək ki, bu, Tantaşevin debüt etdiyi dünya çempionatında üçüncü oyunu olub. Bundan əvvəl o, Şotlandiyanın Mərakeşə 0:1 hesablı məğlub olduğu və Əlcəzairin Avstriya ilə "sülh" (3:3) bağladığı qarşılaşmada fit çalıb. Şotlandiya millisinin rəsmiləri Mərakeşlə oyunda onların lehinə penalti verilməməsindən narazı qalmışdılar.