"Milan"la müqaviləsi başa çatan Luka Modriç gələcəyi ilə bağlı qərarını verib. Sport24.az xəbər  verir ki, xorvatiyalı yarımmüdafiəçi İtaliya klubunda qalmaq istəyir.

 

Bu barədə "La Gazzetta dello Sport" məlumat yayıb.

 

40 yaşlı futbolunun yaxın günlərdə klubla 1 illik yeni müqavilə imzalayacağı gözlənilir.


Qeyd edək ki, Luka Modriç 2025-ci ilin yayından "Milan"da çıxış edir. Xorvatiya millisinin üzvü A Seriyası nəhənginin heyətində meydana çıxdığı 37 rəsmi matçda 2 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.