Duqlas Kosta rəsmən "Əl-İttifaq"la müqavilə imzalayıb. Sport24.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 35 yaşlı futbolçu BƏƏ klubu ilə iki illik sözləşməyə imza atıb. 

 

Braziliyalı oyunçunun son klubu 13 oyunda meydana çıxığı, bir qol vurub və bir məhsuldar ötürmə ilə yadda qaldığı "Kyevo" olub. 

 

Qeyd edək ki, Kosta karyerası ərzində Donetsk "Şaxtyor"unun, "Bavariya"nın, "Yuventus"un, "Los-Anceles Qalaksi"nin və "Fluminense"nin formasını geyinib.

Yarımmüdafiəçi Braziliya millisində 31 oyun keçirib, üç qol vurub və altı məhsuldar ötürmə edib.