"Kəpəz"in yay hazırlıq dönəmində keçirəcəyi yoxlama oyunlarında rəqibləri müəyyənləşib. Sport24.az xəbər verir ki, bu barədə Gəncə təmsilçisinin mətbuat xidməti məlumat yayıb. 

"Sarı-göylər" iyulun 14-də "Qəbələ" ilə üz-üzə gələcək. Qarşılaşma "qırmızı-qaralar"ın meydanında keçiriləcək.

 

İyulun 20-də Azər Məmmədovun baş məşqçi olduğu kollektiv Şamaxıda bölgənin eyniadlı kollektivi ilə gücünü sınayacaq.

 

İyulun 26-da isə "Kəpəz" Qəbələ şəhər stadionunda "Sumqayıt"la münasibətlərə aydınlıq gətirəcək.