Braziliyanın Seria B klubları "Avai" və "Atletiko Qoyaniense" təcrübəli qapıçı Vozinya ilə maraqlanır. Sport24.az xəbər verir ki, bu barədə insayder Fabrisio Romano məlumat yayıb.
Hər iki klub Kabo-Verde millisinin əfsanəvi qapıçısını heyətinə cəlb etmək üçün onun nümayəndələri ilə birbaşa əlaqə saxlayıb. Hazırda tərəflər arasında danışıqlar davam edir. Təcrübəli qolkiperin karyerasını hansı klubda davam etdirəcəyi isə hələlik dəqiqləşməyib.
Qeyd edək ki, 39 yaşlı qolkiper son olaraq Səudiyyə Ərəbistanının "Əl-Həzm" klubunda çıxış edib və hazırda azad agentdir.