"Neftçi"nin hazırkı heyəti avrorokuboklarda uğur qazana bilər". Bu sözləri Sport24-az-a açıqlamasında "ağ-qaralar"ın sabiq futbolçusu Flavinyo komandanın UEFA Konfrans Liqasındakı şanslarını dəyərləndirərkən deyib:

 

"Neftçi"ni UEFA Konfrans Liqasına vəsiqə qazanması münasibətilə təbrik edirəm. Ümid edirəm ki, komanda Avropada da uğurlu çıxışını davam etdirəcək və turnirin əsas mərhələsinə yüksələcək".

 

Flavinyo bildirib ki, komandanın hazırkı heyəti və baş məşqçi Yuri Vernidubun işi ona nikbin olmağa əsas verir: "Komandanın çox yaxşı heyəti var. Yuri Vernidub da yaxşı işlər görür. Düşünürəm ki, o, "Neftçi" ilə Azərbaycan çempionu olacaq. "Neftçi" buna layiq komandadır".

 

Qeyd edək ki, 2010-2015-ci illərdə "Neftçi"də çıxış edən, komandanın liderlərindən olan braziliyalı yarımmüdafiəçi hazırda ölkəsində məşqçi kimi çalışır.