Kurasao millisində ayrılıq yaşanıb. Sport24.az xəbər verir ki, komandanın baş məşqçisi Fred Rutten istefa verib.
Bu barədə yerli futbol federasiyası məlumat yayıb.
63 yaşlı mütəxəssis federasiya rəhbərliyi ilə danışıqlardan sonra vəzifəsindən ayrılmaq qərarına gəlib.
Qeyd edək ki, o, milliyə 2026-cı ilin fevral ayında rəhbərlik etməyə başlayıb. Bu yay Kyurasao tarixində ilk dəfə Dünya çempionatında iştirak edəcək.