İyunun 27-də Bakıda UFC gecəsi təşkil olunacaq. Sport24.az xəbər verir ki, Nazim Sadıqovun rəqibi Mateus Kamilo olacaq. Görüş Bakı Gimnastika Arenasında olacaq.
Sadıqov buna qədər UFC-də 4 döyüş keçirib və 1 qələbə qazanıb. 2 görüş məğlubiyyətlə, 1-i isə heç-heçə başa çatıb.