"Real"ın yarımmüdafiəçisi Arda Güler karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər. Sport24.a xəbər verir ki, "Arsenal" türkiyəli futbolçunun xidmətində maraqlıdır.
Bu barədə "El Nacional" nəşri məlumat yayıb.
London nəhənginin baş məşqçisi Mikel Arteta Ardanı komandasında görmək istəyir. "Arsenal" 21 yaşlı hücumameyilli yarımmüdafiəçi üçün İspaniya klubuna 90 milyon avroluq təklif göndərməyi planlaşdırır.
Qeyd edək ki, "Real" Arda Güleri 2023-cü ilin yayında "Fənərbaxça"dan 28 milyon avroya transfer edib. Türkiyə millisinin üzvü bu mövsüm Madrid təmsilçisinin heyətində meydana çıxdığı 50 rəsmi matçda 6 qol və 14 məhsuldar ötürmə ilə yadda qalıb.