PSJ hücumçu Xulian Alvarezin transferi ilə bağlı "Atletiko" ilə danışıqlar aparır. Sport24.az xəbər verir ki, Fransa klubu 26 yaşlı hücumçu üçün 150 milyon avrodan çox pul ödəyə bilər.

 

Alvarez 2024-cü ilin yayından bəri Madrid klubunda oynayır. Bu mövsüm hücumçu bütün yarışlarda 49 oyunda meydana çıxıb, 20 qol vurub və doqquz məhsuldar ötürmə edib.


Oyunçunun klubla hazırkı müqaviləsi 2030-cu ilin yayına qədərdir. Transfermarkt portalındakı məlumata görə, onun bazar dəyəri 90 milyon avrodur.