"RB Salzburg"un müdafiəçisi Joan Qadu Dortmund "Borussiya"sına keçməyə yaxındır. Sport24.az xəbər verir ki, bu barədə "Bild" nəşri məlumat yayıb.
Tərəflər artıq 19 yaşlı mərkəz müdafiəçisinin transferi ilə bağlı razılığa gəlib. "Qara- sarılar"ın fransız futbolçunun keçidini bu gün rəsmi olaraq açıqlayacağı gözlənilir.
Qeyd edək ki, Qadu bu mövsüm bütün turnirlərdə 33 oyun keçirib.