Polşanın Bielsko-Biala şəhərində keçiriləcək yeniyetmələr arasında Avropa Kubokunda mübarizə aparacaq Azərbaycan cüdoçuları müəyyənləşib. Sport24.az xəbər verir ki, Avropa Cüdo Birliyinin təşkilatçılığı ilə reallaşacaq yarışda ölkəmiz 16 çəki dərəcəsində 31 cüdoçu (17 oğlan, 14 qız) ilə təmsil olunacaq.

 

Milli komandamıza yeniyetmə oğlanlardan ibarət yığmanın baş məşqçisi Emin İskəndərov, məşqçilər Nicat Şıxəlizadə ilə Kotaro Sasaki, yeniyetmə qızlardan ibarət yığmanın baş məşqçisi Elnur İsmayılov və məşqçi Əmrah Əhmədov rəhbərlik edəcək.

 

16-17 may tarixlərində baş tutacaq beynəlxalq turnirdə 36 ölkədən 786 idmançı (449 oğlan, 337 qız) yarışacaq.

 

Oğlanlar

50 kq

Nihad Ağayev
Fərid Rzazadə

55 kq

Fərid Xudiyev
İbrahim Talıbov
Rza Xəlilli

60 kq

Mehman Əsgərov
Məhəmmədəli Hüsiyev

66 kq

İlkin Qarayev
Elgün Ələkbərov

73 kq

Sadiq Məmmədov
Yusuf Nəzər

81 kq

Yaqub Məmmədov
Ayxan Həsənli

90 kq

Ömər Axundov
Nurəddin Əliyev

+90 kq

Tamerlan Əliyev
Ruslan Kazımov

Qızlar

40 kq

Sunay Salamova
Zəhra Quliyeva

44 kq

Pərvin Sevxanlı
Fatimə Abdullayeva

48 kq

Könül Eyvazlı
Fatimə Fərmanzadə

52 kq

Zəhra Mövləmverdiyeva
Tövsiyyə Babayeva

57 kq

Gülnaz Məmmədtağıyeva
Səmayə Yusifli

63 kq

Nəzakət Vəliyeva
Zilan Hüseynli

70 kq

Məsumə Məmmədli

+70 kq

Zemfira Əliyeva