Türkiyənin İstanbul şəhərində keçirilən cüdo üzrə gənclər arasında Avropa Kuboku başa çatıb. Sport24.az xəbər verir ki, beynəlxalq turnirin son günündə Azərbaycan komandası daha 4 medal əldə edib.

 

Ramazan Əhmədov (+100 kq) ikinci yeri tutaraq gümüş mükafatçı olub. Aslan Kotsoyev (-90 kq), Aysun Məmmədova (-52 kq) və Xədicə Qədəşova (-57 kq) isə bürünc medala sahib çıxıblar.

 

Xatırladaq ki, ilk yarış günündə Nihad Məmişov (-66 kq) qızıl, Ayxan Mirzəzadə (-60 kq) və Sadiq İsgəndərli (-66 kq) bürünc medal qazanmışdılar.

 

Beləliklə, Azərbaycan millisi turniri ümumilikdə 7 medalla (1 qızıl, 1 gümüş, 5 bürünc) başa vuraraq 27 ölkə arasında ümumi komanda hesabında 5-ci, kişilər arasında isə 3-cü pillədə tamamlayıb.