Yeni mövsümün hazırlığını davam etdirən "Fənərbaxça" ilk transferini həyata keçirib. Sport24.az xəbər verir ki, Super Liqa nəhəngi "Malyorka"da çıxış edən Vedat Murikinin keçidini həll edib.

 

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

 

32 yaşlı hücumçu tibbi müayinədən keçmək və müqavilə imzalamaq üçün bu gecə İstanbulda olacaq.

 

Qeyd edək ki, Vedat Muriki 2025/26 mövsümündə "Malyorka"nın heyətində İspaniya La Liqasında meydana çıxdığı 37 rəsmi matçda 23 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb. Kosovolu forvard 2019/20 mövsümündə "Fənərbaxça"da çıxış edib.