DÇ-2026 qrup mərhələinin ikinci turunda İsveçrə Bosniya və Herseqovinanı 4-1 hesabı ilə məğlub edib. Sport24.az xəbər verir ki, "saatlar ölkə"sinin təmsilçisinin heyətində fərqlənənlərdən biri də "Sevilya"nın formasını geyinən Ruben Varqas olub.

 

Hazırda İspaniya klubunun şərəfini qoruyan futbolçular mundialda "at oynadır". "Sevilya"nın futbolçuları İspaniya millisində fəqlənməsələr də, digər yığmaların heyətində 11 dəfə adlarını tabloya yazdırıblar.

 

Qeyd edək ki, bu göstəricidə İtaliya təmsilçisi "Parma" (10 qol) ikinci, Fransa"Renn"i (9 qol) isə üçüncüdür.