UFC-də titul döyüşündə Con Ştriklendə uduzan Həmzət Çimayev açıqlama verib. Sport24.az xəbər verir ki, Çimayev məğlubiyyətdən dərs çıxaracağını bildirib:
"İnsanların gözləntilərini doǧrultmadım. Belə bir sonluq gözləmirdim, amma həyat yalnız qalib gəlməkdən ibarət deyil. Təriflənirdim, hər şeyi itirdim və bu mənə dərs olacaq. Sınaqdan keçməliyəm. Kəmər, şöhrət gəldi-gedərdi. Amma döyüşçünün ürəyi, imanı və ruhu əbədi olaraq onunla qalır. Əsl döyüşçü heç vaxt yıxılmayan deyil – əsl döyüşçü hər kəs şübhə edəndə, ayağa qalxandır. Canavar heç vaxt ov etməyi dayandırmır. Bu hekayə hələ bitməyib".