"Arsenal" ciddi itki ilə üzləşib. Sport24.az xəbər verir ki, müdafiəçi Ben Uayt sıradan çıxıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
"Vest Hem"lə Premyer Liqa matçında (1:0) zədələnən Ben mövsümün qalan hissəsini buraxacaq. O, mayın 30-da PSJ-yə qarşı keçiriləcək Çempionlar Liqası finalında da meydanda olmayacaq.