Bu gün Qazaxıstanın paytaxtı Astana şəhərində təşkil olunan "Böyük Dəbilqə" turnirində iki cüdoçumuz tatamiyə çıxacaq. Sport24.az xəbər verir ki, 1/8 finalda Rəşid Məmmədəliyev (73 kq) Yersultan Duysenxan (Qazaxıstan) / Arun Kumar (Hindistan) cütünün qalibi ilə üz-üzə gələcək.
70 kq-da mübarizə aparan Südabə Ağayeva isə ilk görüşündə Almaniya təmsilçisi Miriam Butkereyt ilə qarşılaşacaq.
Qeyd edək ki, "Böyük Dəbilqə" turniri mayın 10-da başa çatacaq.