Bu gün Tacikistanın paytaxtı Düşənbədə cüdo üzrə "Böyük Dəbilqə" turniri start götürəcək. Sport24.az xəbər verir ki, yarışın ilk günündə Azərbaycan millisinin üç üzvü tatamiyə çıxacaq.

 

İdmançılar iki çəki dərəcəsində mübarizə aparacaqlar.

 

Kişilər arasında 60 kq çəki dərəcəsində 1/8 final mərhələsində Murad Muradlı fransalı Yan Motoli Bonqambe ilə özbəkistanlı Muhammadcon Maşaripov cütünün qalibi ilə qarşılaşacaq.

 

66 kq çəki dərəcəsində isə 1/8 finalda Nizami İmranov qazaxıstanlı Yerdaulet Bozşa ilə üz-üzə gələcək. Digər təmsilçimiz İslam Rəhimov isə qazaxıstanlı Nursultan Zayzaqaliyevlə qarşılaşacaq.