H qrupunda yer alan Səudiyyə Ərəbistanı millisi DÇ-2026-ya bir xalla başlayıb. Sport24.az xəbər verir ki, Myamidə keçirilən matçda Səudiyyə yığması Uruqvayla "sülh" bağlayıb.

 

Matçda ilk qol 41-ci dəqiqədə vurulub. Abdulla Əl-Əmri fərqlənib. Uruqvay millisi 80-ci dəqiqədə hesab arasında tarazlığı bərpa edib. Cənubi Amerika komandasının heyətində Maksimiliano Arauxo adını tabloya yazdırıb. Bu həm də matçda vurulan son qol olub.

 

Qeyd edək ki, Səudiyyə Ərəbistanı ikinci turda İspaniya (21 iyun), Uruqvar isə Kabu-Verdi ilə (22 iyun) qarşılaşacaq.