İtaliyanın "Atalanta" klubunun yeni baş məşqçisi müəyyənləşib. Sport24.az xəbər verir ki, A Seriyası təmsilçisini Mauritsio Sarri çalışdıracaq.

 

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

 

  67 yaşlı mütəxəssislə 2029-cu ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalanıb.  

Qeyd edək ki, Mauitsio Sarrinin son iş yeri 2025/26 mövsümünün sonunda ayrıldığı "Latsio" olub.