Braziliya millisinin hücumçusu Neymar davam edən dünya çempionatının qrup mərhələsində Haiti ilə oyunu buraxacaq. Sport24.az xəbər verir ki, bu barədə jurnalist Raisa Simplisio sosial şəbəkə hesabında paylaşım edib. 

 

Onun sözlərinə görə, 34 yaşlı braziliyalı hələ də zədəsini tam sağaltmayıb.

 

Qeyd edək ki, Braziliya millisinin Haiti ilə oyunu iyunun 20-də keçiriləcək. Neymar Mərakeşlə (1:1) matçda da meydana çıxmayıb.