Azərbaycanın gənc cüdoçusu Məhəmməd Musayev Avstriyanın Qrats şəhərində keçirilən gənclər arasında Avropa Kubokunda qızıl medal qazanıb. Sport24.az Azərbaycan Cüdo Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, 66 kq çəki dərəcəsində çıxış edən idmançımız yarışın ilk gününü çempion kimi başa vurub.
Musayev finaladək Almaniya, Xorvatiya, Belçika və Macarıstan təmsilçilərini mübarizədən kənarlaşdırıb. O, həlledici görüşdə Serbiya cüdoçusu Marko Yorqiçi ipponla məğlub edərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.