İngiltərənin "Tottenhem" klubu müdafiə xəttini yeni oyunçu ilə gücləndirib. Sport24.az xəbər verir ki, Premyer Liqa təmsilçisi "Bornmut"dan ayrılan Markos Senesini heyətinə qatıb.
Bu barədə klubun mətbuar xidməti məlumat yayıb.
Argentina millisinin üzvü ilə 2030-cu ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalanıb.
Qeyd edək ki, Markos Senesi 2022-ci ilin yayından "Bornmut"da çıxış edirdi. 29 yaşlı mərkəz müdafiəçisi 2025/26 mövsümündə komandanın heyətində meydana çıxdığı 39 rəsmi matçda 5 qqol ötürməsi edib.