"Goal" nəşri Qleyzerlər ailəsinin "Mançester Yunayted"ə rəhbərlik etdiyi dövrdə (2005-2024) klubun ən uğursuz transferlərinin reytinqini hazırlayıb. Sport24.az xəbər verir ki, siyahıda birinci yeri 2023-cü ildə "İnter"dən 48 milyon funt-sterlinqə transfer olunan Andre Onana tutub.
İlk 10-luq belə görünür:
1. Andre Onana (2023-cü ildə "İnter"dən 48 milyon funt-sterlinqə);
2. Antoni (2022-ci ildə "Ayaks"dan 85 milyon funt-sterlinqə);
3. Rasmus Hoylund (2023-cü ildə "Atalanta"dan 72 milyon funt-sterlinqə);
4. Aleksis Sançez (2018-ci ildə "Arsenal"dan);
5. Anxel Di María (2014-cü ildə "Real"dan 60 milyon funt-sterlinqə);
6. Ceydon Sanço (2021-ci ildə "Borussiya" (Dortmund)dan 72 milyon funt-sterlinqə);
7. Romelu Lukaku (2017-ci ildə "Everton"dan 75 milyon funt-sterlinqə);
8. Poul Poqba (2016-cı ildə "Yuventus"dan 89 milyon funt-sterlinqə);
9. Donni van de Beek (2020-ci ildə "Ayaks"dan 40 milyon funt-sterlinqə);
10. Memfis Depay (2015-ci ildə PSV-dən 31 milyon funt-sterlinqə).