Rusiya millisinin, "Çelsi", ÇSKA, "Dinamo", "Zenit" və "Anji"nin sabiq futbolçusu Juri Jirkov DÇ-2026-da hansı komandaya azarkeşlik edəcəyini açıqlayıb. Sport24.az xəbər verir ki, Jirkov İran millisini bəyəndiyini bildirib: 

 

"Dünya çempionatında İrana azarkeşlik edəcəm. Sərdar Azmun orada oynayıb. Favoritlərə gəldikdə isə, onlar eyni olaraq qalır - Fransa, İspaniya və Portuqaliya. Amma məncə, İspaniya qalib gələcək".

 

Əlavə edək ki, İran Belçika, Misir və Yeni Zelandiya ilə birlikdə G qrupunda yer alıb.