"Real"ın gələcək planlarında önəmli yer tutan Endriklə bağlı məsələyə aydınlıq gəlib. Braziliyalı istedad gələn həftədən etibarən yenidən Madrid nəhənginin ixtiyarında olacaq. Sport24.az xəbər verir ki, bu barədə insayder Fabrisio Romano "X" sosial media hesabında paylaşım edib.
Braziliyalı futbolçunun gələn həftə Madridə dönərək "Valdebebas" bazasında məşqlərə qoşulması planlaşdırılır. Bu addım həm futbolçunun forma vəziyyətini qorumaq, həm də Braziliya millisinin Dünya Çempionatına hazırlıqlarına tam hazır vəziyyətdə qatılmasını təmin etmək məqsədi daşıyır.
Qeyd edək ki, Endrik bu mövsüm yanvar ayında "Lyon"a icarəyə verilmişdi. O, bu müddət ərzində Fransa klubunun heyətində 23 rəsmi matçda 8 qol vurub və 8 məhsuldar ötürmə ilə yadda qalıb.