"Neftçi"nin qızlardan ibarət komandası Yüksək Qızlar Liqasında ardıcıl üçüncü dəfə Azərbaycan çempionu olub. Sport24.az xəbər verir ki, baş məşqçi Siyasət Əsgərovun futbolçuları sona 2 tur qalmış "Sumqayıt" üzərində 6:0 hesablı səfər qələbəsi qazanmaqla çempionluğu rəsmiləşdirib.
Bununla da "ağ-qaralar" növbəti dəfə qadınlar arasında keçirilən UEFA Çempionlar Liqasında iştirak etmək hüququ qazanıb.