Azərbaycan kanoeçisi Tatyana Smilovenko Almaniyanın Brandenburq şəhərində keçiriləcək Dünya Kubokunun ikinci mərhələsində iştirak edəcək. Sport24.az xəbər verir ki, bu barədə Azərbaycan Su İdman Növləri Federasiyası məlumat yayıb.
Bildirilib ki, yarış 2028-ci ildə Los-Ancelesdə təşkil olunacaq Yay Olimpiya Oyunlarına reytinq xalı verəcək.
Qeyd edək ki, kayak və kanoe üzrə Dünya Kuboku mayın 14-17-də təşkil olunacaq.